Azərbaycan bu indeksə görə regional liderdir – Qonşu dövlətləri geridə qoyub

10:41 - 1.07.2020


1 İyul, Fineko/abc.az. Azərbaycanda gündəlik gəliri 3,2 ABŞ dollarından az olan yoxsul qeydə alınmayıb.

ABC.AZ-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Davamlı inkişaf hesabatı - 2020” sənədini şərh edərkən deyib.

O qeyd edib ki, “Davamlı inkişaf məqsədləri indeksi”nə görə, Azərbaycan regional liderdir.

V.Qasımlının sözlərinə görə, Azərbaycan 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub. "Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir”, - deyə V. Qasımlı qeyd edib. Mərkəzin icraçı direktoru əlavə edib ki, Azərbaycan səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü institutlar kimi BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə irəliləyişlər edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər