Təhsilin keyfiyyətində geriləmə var – Vüsal Qasımlı

10:42 - 1.07.2020


1 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Davamlı inkişaf hesabatı - 2020” sənədini şərh edərkən bir sıra vacib məqamlara toxunub.

ABC.AZ xəbər verir ki, o “Davamlı İnkişaf üzrə 17 məqsəddən yalnız birində - təhsilin keyfiyyətində geriləmə qeydə alındığını vurğulayıb.

"Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nin mümkün 100 balından 72,6 bal toplayıb. Müqayisə üçün deyək ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda “davamlı inkişaf məqsədləri indeksi” üzrə orta göstərici 70,9-dur”, - deyə V.Qasımlı əlavə edib.

 

Bütün xəbərlər