330x110
 

"Brand Credit" BOKT-un mənfəəti 14 dəfə azalıb – Hesabat

01.07.2020,10:55


1 iyul, Fineko/abc.az. "Brand Credit" Bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ilin maliyyə nəticələrini açıqlayıb.

ABC.AZ hesabata istinadən xəbər verir ki, ümumilikdə BOKT-un kredit portfeli 2019-cu ildə 2,8% azalıb.

Ötən il "Brand Credit" BOKT-un inzibati xərcləri 364,3 min manat olub. Müqayisə üçün qeyd edək ki, bu əvvəlk ilə nisbətdə 13,7% azdır.

O cümlədən işçilərə ödənilən maaşlar 6,8% azalıb. Azalan təkcə maaşlar olmayıb.

Həmçinin sözügedən dövrdə Şirkətin xalis mənfəəti də 2018-ci illə müqayisədə 14 dəfə azalaraq 5579 manat olub.

Müəllif: Elmir Murad