330x110
 

Bağlanma prosesində olan şirkətin əmlakı bölüşdürüləcək – Gün təyin olundu

01.07.2020,11:59


1 iyul, Fineko/abc.az. “Transavto EKS” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

ABC.AZ-ın məlumatına görə, iclas avqustun 14-də Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi 187, 21 nömrəli mənzildə saat 11.00-da baş tutacaq.

Gündəliyə ASC-nin Ləğvetmə Balansının və qalıq əmlakının səhmdarlar arasında bölüşdürülməsini əks etdirən hesabatın təsdiq edilməsi məsələləri daxildir. Qeyd edək ki, adıçəkilən şirkət ləğvetmə prosesindədir.

Müəllif: Elmir Murad