Bu rayonda 2 min 328 ton kartof istehsal edilib

12:12 - 1.07.2020


1 iyul, Fineko/abc.az. Ağdaş rayonunda 2020-ci il mövsümdə 2 min 328 ton kartof tədarük olunub.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən ABC.AZ-a bildirilib ki, bu il yaz fəslində 225 hektarda kartof əkilmişdi.

Qeyd olunub ki, əkinçilər hazırkı mövsümdə hər hektardan orta hesabla 120 sentner məhsul əldə ediblər ki, builki iqlim şəraitində bu göstərici onları qane edir.

 

Bütün xəbərlər