Azərbaycandan Gürcüstana gedənlərin sayı azalıb – 97 faizə yaxın

12:30 - 1.07.2020


1 iyul, Fineko/abc.az. Bu ilin mayında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 96,9% azalıb.

ABC.AZ report-a istinadən xəbər verir ki, bu göstərici Gürcüstan Milli Bankının aylıq hesabatında əksini tapıb.

Hesabat ayında Gürcüstana yollanan əcnəbi ziyarətçilərin sayında 94,1% azalma qeydə alınıb.

Qonşu ölkənin Rusiya və Ermənistandan qəbul etdiyi əcnəbi qonaqların sayı da müvafiq olaraq 97,8% və 92,1% azalıb.

Gürcüstanın Milli Turizm Administrasiyasının məlumatına əsasən, mayda Azərbaycandan ölkəyə 3 276 nəfər gəlib. Yanvar-mayda isə bu göstərici illik müqayisədə 46,2% azalaraq 268 016 nəfər təşkil edib.

Azalmaya səbəb koronavirus pandemiyası səbəbindən Gürcüstan və digər ölkələrin quru və hava sərhədlərini bağlamasıdır.

 

Bütün xəbərlər