Azərbaycan Fələstinə pul yardımı etdi – Prezidentdən göstəriş

14:10 - 1.07.2020


1 iyul, Fineko/abc.az. Fələstində koronavirus pandemiyası ilə (COVID-19) mübarizənin aparılmasına dəstəyin verilməsi məqsədilə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusef Əl-Osaymin tərəfindən ünvanlanmış müraciətə cavab olaraq, Prezident İlham Əliyevin göstərişi ilə Nazirlər Kabineti tərəfindən Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə BMT-nin Yaxın Şərq Agentliyinə (UNRWA) 300 min ABŞ dolları məbləğində vəsait ayrılıb.

ABC.AZ xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, hazırda COVID-19 pandemiyasının yayılması və törətdiyi fəsadlarla əlaqədar olaraq, Fələstinə humanitar yardımın göstərilməsinə ehtiyac yaranıb.

 

 

Bütün xəbərlər