Daha bir BOKT yaradılıb – 300 min manat nizamnamə kapitalı ilə

14:13 - 1.07.2020


1 iyul, Fineko/abc.az. Azərbaycanda daha bir Bank Olmayan Kredit Təşkilatı (BOKT) yaradılıb.

Bu barədə ABC.AZ-a Vergi Xidmətindən məlumat verilib.

Sözügedən BOKT “Prior Credit Bank Olmayan Kredit Təşkilatı” MMC-dir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti -ni artıq BOKT-u dövlət qeydiyyatına alıb.

Qeyd edək ki, BOKT-un nizamnamə kapitalı 300 min manat təşkil edir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər