330x110
 

Neft Fondunun daşınmaz əmlaka qoyduğu investisiyaların həcmi açıqlanıb – Hesabat

01.07.2020,14:27


1 iyul, Fineko/abc.az. Dövlət Neft Fondunun (ARDNF) 2019-cu ilin sonuna daşınmaz əmlak portfelinin bazar dəyəri (bank hesabları daxil olmaqla) 2 milyard 708 milyon 720 min  ABŞ təşkil edib.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, bu barədə ARDNF-in 2019-cu il büdcəsinin icrası ilə bağlı illik hesabata Hesablama Palatasının rəyində bildirilir. Məlumata əsasən, 2018-ci ilin sonuna bu göstərici 2 milyard 142 milyon  393 min dollar təşkil edirdi.

Rəyə qeyd edilir ki, 2019-cu ildə daşınmaz əmlak altportfelinə xalis investisiyaların həcmi 406,6 milyon dollar olub. Hesabat dövrü məzənnə fərqi nəzərə alınmadan daşınmaz əmlak üzrə gəlirlər 169 milyon 271min dollar, məzənnə fərqindən yaranan zərər isə 9  milyon 541 min dollar təşkil edib.

"Daşınmaz əmlak üzrə gəlirlilik səviyyəsinin ötən ilə nisbətən aşağı olmasını, habelə daşınmaz əmlakları idarə edən törəmə müəssisələr üzrə nəzarət mexanizminin daha da təkmilləşdirilməsini və bir sıra potensial risk parametrlərini də nəzərə alaraq, Fond tərəfindən daşınmaz əmlaka investisiyaların idarə edilməsinin müvafiq istiqamətlər üzrə daha da optimallaşdırılmasını şərtləndirmişdir", - rəydə bildirilir.