Bu rayonda ilk dəfə lavanda gülü əkilib

14:50 - 1.07.2020


1 iyul, Fineko/abc.az. Qəbələdə ilk dəfə olaraq lavanda gülü yetişdirilib.

ABC.AZ-ın məlumatına görə, Bolqarıstandan gətirilərək dəmyə torpaqlarda becərilən lavandanın artıq yığımına başlanılıb.

Antiseptik təsirə malik bu bitki kosmetika və tibdə də istifadə olunduğundan ixrac imkanları yüksəkdir. Artıq Qəbələnin Çuxur Qəbələ kəndində 10 hektar ərazidə gül əkilib.  Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən də dəstəklənən təsərrüfatda bir neçə gündür könüllülərin də iştirakı ilə yığım aparılır.

Qeyd edək ki, rayonda sözügedən gül sahəsinin 30 hektara çatdırmaq planlaşdırılır.

 

Bütün xəbərlər