Məşhur marketlər qaydaları pozub – Siyahı

15:01 - 1.07.2020


1 iyul, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən 30 iyun 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 58 ictimai iaşə obyekti, 179 ərzaq satışı mağazası olmaqla ümumilikdə 237 müəssisədə reyd keçirilib.

ABC.AZ xəbər verir ki, reyd keçirilən obyektlərdən 111-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.

Bakıda “Rahat” (Xətai rayonu), “Grandmart” (Xətai rayonu), “Araz supermarket” (Xətai rayonu), “Al market” (Xətai rayonu), “Sevimli”, “Xızı”, “Al market” (Yasamal rayonu), “Oba” (Nəsimi rayonu), “Buta”, “Güvən”, “Ruslan”, “Uğur”, “Eldar” marketlər, Qasımov Şahin İsmayıl oğluna, Yüzbayeva Rahilə Sünbül qızına, Əliyev Sahib Xanməmməd oğluna, Məmmədov Davud Qurban oğluna, Hüseynov Nazim Ayaz oğluna, Dadaşov Orxan Qorxmaz oğluna, Həsənov Telman Əfruz oğluna, Şirinova Nailə Mehman oğluna, Babayev Kamil Kamran oğluna, Ələkbərova Mərziyə Namaz qızına, Qəhrəmanova Gülnarə Şamil qızına, Xalıqov Fərəc Nurəddin oğluna, Tağılı Tural Nizami oğluna, Əsgərov Məşədiəsgər Əli oğluna, Dursunov Həbibullah Fikrət oğluna, Rəcəbov Elmar Tofiq oğluna, Əliyev Rəhim Kamal oğluna, Məlikova Ayşad İbrahimovna qızına, Baxşəliyeva Baxşəli Hüseyn oğluna məxsus ərzaq mağazalarında norma və qaydalar pozulub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər