330x110
 

Dünya Bankından Gürcüstana daha bir yardım – Bu dəfə 45 milyon avro verəcəklər

01.07.2020,15:15


1 iyul, Fineko/abc.az. Dünya Bankı (DB) Gürcüstana əlavə olaraq 45 milyon avro məbləğində maliyyə yardımı ayıracaq.

ABC.AZ xəbər verir ki, bu barədə DB-nin Gürcüstan bölməsindən bildirilib.

Gürcüstan hökuməti vəsaiti COVID-19 pandemiyasının yaratdığı maliyyə defisitinin aradan qaldırılmasına yönəldəcək.

Bankdan qeyd olunub ki, pandemiya dövründə Gürcüstan tətbiq etdiyi məhdudiyyətlərlə koronavirusun yayılmasının qarşısını uğurla alıb.

Müəllif: Elmir Murad