330x110
 

“Wizz Air” şirkəti qonşu ölkə bazarını tərk edir? – İddia

01.07.2020,15:25


1 iyul, Fineko/abc.az. Macarıstanın “Wizz Air” aşağı büdcəli aviaşirkəti Gürcüstan bazarını tərk edəcəyi məlumatları yayılıb.

ABC.AZ xəbər verir ki, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava məlumatın yalan olduğunu deyib.

O bildirib ki,  aviaşirkət ölkə bazarını tərk etmir və uçuşları bərpa etməyə hazırlaşır: “Şirkət Gürcüstan hökuməti ilə əməkdaşlığı və müştərilərinə sadiq qalmaqda davam edir. “Wizz Air” Gürcüstanda özünü çox rahat hiss edir”.

Qeyd edək ki, “Wizz Air” Kutaisiyə uçuşları 2012-ci ildən yerinə yetirir. 2016-cı ildən bu şəhərdə şirkətin bazası fəaliyyət göstərir.

Müəllif: Elmir Murad