Xaricdə təhsil alan 500-ə yaxın tələbə maliyyələşdiriləcək – Açıqlama

15:36 - 1.07.2020


1 iyul, Fineko/abc.az.  Sentyabr ayından başlayaraq xaricdə təhsil alan tələbələrin maliyyələşməsi həyata keçiriləcək.

ABC.AZ report-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli deyib.

O qeyd edib ki, bu da yaxın illər ərzində ən yüksək səviyyəli təhsil alan 500-ə yaxın azərbaycanlı tələbələrin maliyyələşməsi deməkdir: “İl ərzində iki dəfə qəbul nəzərdə tutulmuşdu. İlk qəbul baş tutdu. 2021-ci ilin yanvar semestri üçün də növbəti qəbul sisteminin aktivləşdirilməsi planlaşdırılır”.

 

Bütün xəbərlər