330x110
 

Builki meyvə-tərəvəzin az olma səbəbi – İzah

01.07.2020,15:41


1 iyul, Fineko/abc.az. Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov bildirib ki, bu il meyvə-tərəvəzin az olmasının birinci səbəbi fevral ayında, martın əvvəlində havanın temperaturunun xeyli yüksək olması və ağacların vaxtından əvvəl çiçəkləməsidir.

ABC.AZ trend-ə istinadən xəbər verir ki, bunlar xüsusən ərik, alça, gavalı, alma ağaclarıdır:

"Ağaclar çiçəklədikdən bir neçə gün sonra havanın tenmperaturu yenidən düşdüyü və güclü soyuq külək əsdiyi üçün çiçəklər məhv oldu. Çiçəklər məhv olduğu üçün meyvənin kəmiyyəti azalmalı idi və biz bunu əvvəldən də gözləyirdik. Builki meyvə qıtlığının bir səbəbi budur. Digər səbəb isə onların su ilə yaxşı təmin edilməməsidir".

Mövsümün bundan sonrakı meyvələri barədə də danışan M.Həsənov əlavə edib ki, əncir çox su tələb edən bitki olmadığı üçün onun suvarılması o qədər də vacib deyil. Bu baxımdan əncirlə bağlı məhsuldarlığın az olacağı gözlənilməyə bilər. Amma bundan sonra su qıtlığı olarsa, üzümün suvarılması vaxtlı-vaxtında aparılmazsa, bu, məhsuldarlığın az olmasına gətirib çıxaracaq.