Bərdədə restoran sahibi həbs olundu – Qaydaları pozub

15:49 - 1.07.2020


1 iyul, Fineko/abc.az. Bərdə rayonu ərazisindəki restoranların birində 20 nəfərə yaxın şəxs toplaşaraq qonaqlıq təşkil edib, bununla da xüsusi karantin qaydalarını kobud şəkildə pozublar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan ABC.AZ-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məclisdə iştirak edən 7 nəfər saxlanılıb.

Restoranın sahibi N.Orucov məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib, digərləri isə 100 manat miqdarında cərimə ediliblər.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər