Sənayedə qeyri-dövlət sektorunun payı bu qədər olub – 5 ayın nəticəsi

16:13 - 1.07.2020


1 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Bakı Şəhər Statistika İdarəsi 2020-ci ilin yanvar-may aylarında paytaxt sənayesində istehsal olunmuş malların həcmini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə,  sözügedən dövrdə sənayedə qeyri-dövlət sektorunun payı 78,4 faiz təşkil edib. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 84,9 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 15,1 faiz olub.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında iyunun 1-nə 263,2 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 72,3 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

 

Bütün xəbərlər