Prezident Dövlət Neft Şirkəti barədə Sərəncam verib

16:33 - 1.07.2020


1 iyul, Fineko/abc.az. Dövlət Neft Şirkətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziya və icazələrin siyahısının təsdiq edilməsi haqqında  Prezident İlham Əliyev Fərman imzalayıb.

ABC.AZ xəbər verir ki, fərmanda deyilir:

1. “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı” təsdiq edilsin.

2. “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı” təsdiq edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

Bütün xəbərlər