Məşhur restoranlar şəbəkəsində böyük ixtisar olacaq – 5 min nəfər işdən çıxarılır

16:49 - 1.07.2020


1 iyul, Fineko/abc.az. Böyük Britaniyada fəaliyyət göstərən SSP Qrupu qarşıdakı günlərdə 5 min nəfəri işdən çıxarılması barədə qərar verib.

ABC.AZ-ın məlumatına görə, ixtisarlar əsasən adıçəkilən Qrupa daxil olan və hava limanlarında, qatar stansiyalarında xidmət göstərən Upper Crust və Caffè Ritazza kimi restoran şəbəkələrində aparılacaq.

İxtisarların səbəbi kimi koronavirus epidemiyasının Qrupun fəaliyyətinə çox mənfi təsir etməsi göstərilir.

Qeyd edək ki, SSP Qrupunda təxminən 39 min nəfər çalışır. 

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər