Beş ayda Bakıda bu qədər inşaat işləri görülüb – Hesabat

17:12 - 1.07.2020


1 iyul, Fineko/abc.az. Bu ilin 5 ayında (yanvar-may) paytaxtda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 68,1 faizini tikinti, yenidənqurma və genişləndirmə, 6,6 faizini əsaslı təmir, 5,2 faizini cari təmir, 20,1 faizini isə sair tikinti işləri təşkil edib.

Bakı şəhər Statistika İdarəsindən ABC.AZ-a bildirilib ki, ümumi inşaat işlərinin 86,6 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər