"AzerGold”-un xalis mənfəəti kəskin artıb – 54 faizdən çox

17:35 - 1.07.2020


1 iyul, Fineko/abc.az. "AzerGold” QSC 2019-cu ili 12,5 milyon ABŞ dolları xalis mənfəətlə başa vurub.

ABC.AZ reporta istinadən xəbər verir ki, bu barədə Şirkətin maliyyə hesabatında qeyd olunub. Bildirilib ki, bu, 2018-ci illə müqayisədə 54,8% çoxdur.

Ötən il “AzerGold”un satışdan gəlirləri 86,2 milyon ABŞ dolları (əvvəlki ilə nisbətən 47,6% çox), satışının maya dəyəri 55,7 milyon ABŞ dolları (42,9% çox), dəyərsizləşmə üzrə zərəri 5,7 milyon ABŞ dolları (3,6 dəfə çox), ümumi və inzibati xərcləri 4,9 milyon ABŞ dolları (30,1% çox), maliyyə xərcləri 3,8 milyon ABŞ dolları (8,55% az), digər xərcləri 1 milyon ABŞ dolları (69,6% çox), mənfəət vergisi ödəmələri isə 2,6 milyon ABŞ dolları (38,7% çox) təşkil edib.

 

Bütün xəbərlər