Gürcüstanda polislərin maaşı artırıldı

10:13 - 2.07.2020


2 iyul, Fineko/abc.az. Gürcüstanda Daxili işlər Nazirliyinin əməkdaşlarının maaşı bu gündən etibarən 125 lari artırılıb.

ABC.AZ Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda həmçinin, nazirliyə yeni kadrların cəlb olunması üçün maaşlı təcrübə sisteminin də yaradıldığı qeyd olunur.

“Bu mərhələdə nazirliyə yeni və həvəsli kadrların cəlb olunmasına xidmət edən maaşlı təcrübə sistemi tətbiq edilib. Bundan başqa nazirlik işçilərin iş şəraitinin yaxşılaşdırılmasına yönəlmiş infrastruktur yenilənməsi prosesini fəal şəkildə davam etdirir”, - deyə açıqlamada qeyd olunur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər