Azərbaycanda pul bazası azalıb – 8 faizə yaxın

10:26 - 2.07.2020


2 iyul, Fineko/abc.az. Azərbaycanda pul bazasının miqdarı açıqlanıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu il iyulun 1-nə ölkədə pul bazası 11 251,8 milyon manat təşkil edib.

Müqayisə üçün qeyd edək ki, bu, iyunun 1-nə nisbətən 330,6 milyon manat və yaxud 3% çoxdur.

Pul bazası ilin əvvəlinə nisbətən 900,7 milyon manat və yaxud 7,4% azalıb, son 1 ildə isə 874,9 milyon manat və yaxud 8,4% artıb.

 

Bütün xəbərlər