330x110
 

Azərbaycanda 25 min 148 hektar sahədə taxıl əkilən rayon

02.07.2020,11:32


2 iyul, Fineko/abc.az. Sabirabadın fərdi fermer təsərrüfatlarında taxıl yığımı başa çatıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən ABC.AZ-a bildirilib ki, ötən ilin payızında bu ilin məhsulu üçün rayonda 25 min 148 hektar sahədə taxıl əkilib.

Bunun da 10 min 386 hektarı arpa, 14 min 762 hektarını isə buğda sahəsi təşkil edib. İstehsalçılar qısa müddətdə zəmilərdən 103 min 542 ton məhsul toplayaraq biçini başa çatdırıblar. Yığılmış məhsulun 64 min 163 tonu buğda, 19 min 379 tonu isə arpa məhsulu olub. Biçin aparılan hər hektardan ümumilikdə 40,7 sentner məhsul götürülüb ki, bu da ötən ildəkindən 1,7 sentner çoxdur.

Müəllif: Elmir Murad