330x110
 

Bundan sonra İrana daha rahat getmək mümkün olacaq – Yeni yolun tikintisinə başlanılıb

02.07.2020,11:49


2 iyul, Fineko/abc.az. Ələt-Astara-İran dövlət sərhədi yeni magistral yolunun İranla dövlət sərhədinədək olan hissəsinin tikintisinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a bildirilib ki, yeni yolun istifadəyə verilməsi ilə Astara şəhər mərkəzində avtomobil sıxlığı aradan qalxacaq.

Belə ki, yük avtomobilləri şəhər mərkəzinə daxil olmadan yollarına davam edə biləcək.  Artıq yol yatağının bir hissəsində tikinti işlərinin ilk mərhələsi yekunlaşıb.