330x110
 

İlham Əliyev Vladimir Putinlə iki ölkə münasibətlərini müzakirə edib

02.07.2020,14:23


2 iyul, Fineko/abc.az. Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib.

ABC.AZ-ın məlumatına görə, Prezident İlham Əliyev Rusiyada vətəndaşların böyük əksəriyyətinin Konstitusiyaya dəyişikliklərin lehinə səs verməsi münasibətilə Vladimir Putinə təbriklərini çatdırıb.

Dövlət başçısı Rusiyanın ictimai-siyasi həyatında bu mühüm hadisəni ölkə vətəndaşlarının Prezident Vladimir Putinin həyata keçirdiyi siyasətə verdikləri dəstəyin növbəti təzahürü kimi dəyərləndirib.

Prezident əmin olduğunu bildirib ki, Konstitusiyaya edilən bu dəyişikliklər Rusiya Federasiyasının daha da inkişaf etdirilməsi, firavanlığı, ölkədə ictimai-siyasi sabitliyin bundan sonra da möhkəmləndirilməsi işinə böyük töhfə verəcək. Prezident Vladimir Putin göstərilən diqqətə və təbrikə görə İ.Əliyevə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı ilə bağlı məsələlər də müzakirə edilib.