Onlara vəzifə verildi – Kamran Əliyev əmr imzaladı

14:32 - 2.07.2020


2 iyul, Fineko/abc.az. Prokurorluq orqanlarında yeni təyinatlar olub.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Mobil Şəfiyev və Mürvət Həsənov Bakı şəhər prokurorunun müavinləri vəzifəsinə təyin ediliblər.

Baş prokurorun imzaladığı digər əmrlərlə Şəbnəm İbrahimova və Famil Axundov Bakı şəhər prokurorunun köməkçiləri təyin olunub. Bundan başqa, Sabirabad rayon prokuroru Pərvin Quliyev tutduğu vəzifədən azad edilərək Bakı şəhər prokurorluğunda Daxili işlər orqanlarına nəzarət şöbəsinin rəisi təyin edilib.

 

Bütün xəbərlər