Prokurorluq orqanlarında yeni təyinatlar olub – Siyahı

14:39 - 2.07.2020


2 iyul, Fineko/abc.az. Baş Prokuror Kamran Əliyev prokurorluq orqanlarında kadr islahatları həyata keçirib.

ABC.AZ xəbər verir ki, K.Əliyevin imzaladığı əmrlərlə Rövşən Əliyev Bakı şəhər prokurorluğunda Daxili Araşdırmalar İdarəsinin rəisi, Günay Eyyubova isə Baş Prokurorluğun Hüquqi Təminat İdarəsinin rəis müavini vəzifələrinə təyin ediliblər.

Natiq Eyvazov isə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi təyin edilib.

 

Bütün xəbərlər