İstanbul-Bakı reysinə bileti bu şəxslər ala bilər – Siyahı

15:20 - 2.07.2020


2 iyul, Fineko/abc.az. AZAL İstanbul-Bakı reysi ilə bağlı daha bir məlumat yayıb.

ABC.AZ xəbər verir ki, sözügedən reysə Azərbaycan vətəndaşları ilə yanaşı Azərbaycanda akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan vətəndaşı olan əcnəbilər,

Azərbaycanda işləmək icazəsi olan əcnəbilər, Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər, Azərbaycan ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr də bilet ala bilər. Bununla yanaşı sözügedən reysə biletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər də əldə edə bilər.

 

Bütün xəbərlər