İnnovasiyalara daha açıq olmalıyıq – Energetika naziri

16:14 - 2.07.2020


2 iyul, Fineko/abc.az. Energetika naziri Pərviz Şahbazov qlobal energetika və qeyri-sabit enerji ilə bağlı bəzi nüanslara toxunub.

ABC.AZ-ın məlumatına görə, bu sözləri Energetika naziri Pərviz Şahbazov beynəlxalq konfransda çıxış edərkən deyib.

Nazir qeyd edib ki, qeyri-sabitlik, qeyri-müəyyənlik və mürəkkəblik vəziyyətində milli və qlobal səviyyələrdə əməkdaşlığa, innovasiyalara daha açıq olmalıyıq.  "Məhz birgə səylərlə baş verən dəyişikliklərə çevik reaksiya verərək qeyri-sabit enerji sisteminin problemlərini imkanlara çevirə və qlobal energetikanın aktual məsələlərinin həllində müsbət nəticələrə nail ola bilərik" deyə P. Şahbazov vurğulayıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər