Neft bazarında sabitlik bütün neft istehsalçılarının marağında olan məsələdir – Pərviz Şahbazov

16:31 - 2.07.2020


2 iyul, Fineko/abc.az. “Qeyri-ordinar situasiyada neft ölkələrinin üzərinə düşən əsas missiya əməkdaşlıq və həmrəylik əsasında “OPEC+” formatının dayanıqlı və səmərəli mexanizm kimi fəaliyyətini, öhdəliklərin icrasını təmin etməkdir".

ABC.AZ xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov beynəlxalq konfransda deyib.

Nazir qeyd edib ki, neft bazarında sabitlik bütün neft istehsalçılarının marağında olan məsələdir və bu baxımdan digər iri neft istehsalçılarının cəlbi ilə “OPEC+” formatının genişləndirilməsi vacibdir: "Öhdəliklərin icrasına gəldikdə isə hesab edirəm ki, “OPEC+” ölkələrinin iyul ayı daxil olmaqla üç aylıq performansı növbəti addımlar üçün baza olacaq. Azərbaycan öz öhdəliklərinə sadiqdir və müasir qlobal energetika sistemində aktiv rolunu davam etdirəcək”.

 

Bütün xəbərlər