Daha bir telekanal əməkdaşları koronavirusa yoluxub – 8 nəfər

16:44 - 2.07.2020


2 iyul, Fineko/abc.az. CBC TV-nin əməkdaşları koronavirusa dair test analizi veriblər. Şirkətin 200-dək əməkdaşı arasında yalnız 8 nəfərdə testin cavabı pozitiv olub.

ABC.AZ-ın məlumatıba görə, bu barədə kanalın açıqlamasında bildirilib.

Qeyd edilib ki, həmin əməkdaşların hamısının vəziyyəti qənaətbəxşdir və onlar koronavirusla mübarizə tədbirlərinə dair bütün müvafiq təlimatlara uyğun olaraq evə göndəriliblər.

CBC TV rəhbərliyi həmin şəxslərin vəziyyətini daim nəzarətdə saxlayacaq. Profilaktik tədbir kimi telekanal əməkdaşlarının gələn həftə yenidən COVİD 19-a qarşı test analizi verməsi planlaşdırılıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər