330x110
 

Gömrük rüsumundan azad olunan bu avadanlıqların müddəti uzadıldı - Siyahı

02.07.2020,17:09


2 iyul, Fineko/abc.az. Azərbaycana idxal olunan baxillər, steril və qeyri-steril əlcəklər və tibbi maskalar və respiratorların gömrük rüsumundan azad edilməsi müddəti artırılıb.

ABC.AZ-ın məlumatına görə, dəyişikliyə əsasən, bu müddət sentyabrın 1-dək uzadılıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” 5 mart tarixli 84 nömrəli qərarına əsasən, baxillər, steril və qeyri-steril əlcəklər və tibbi maskalar və respiratorlarınn  idxalı cari ilin iyul ayının 1-dək idxal gömrük rüsumundan azad olunmuşdu.