330x110
 

“AccessBank”dan polis əməkdaşları üçün “Nağd kredit” kampaniyası!

02.07.2020,17:34


2 İyul, Fineko/abc.az. “AccessBank” 2 iyul - polis işçilərinin peşə bayramı münasibətilə yeni kredit kampaniyasına start verir. “Nağd kredit” kampaniyası çərçivəsində polis əməkdaşları 19%-dən başlayan və 20 000 manatadək olan nağd kreditləri 36 ayadək əldə edə bilərlər. Kampaniya 2020-ci ilin iyul ayının sonuna qədər davam edəcək.

Kampaniya haqqında ətraflı məlumat əldə etmək üçün: https://accessbank.az/az/our-bank/news/detail.php?id=15714

“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.