Neft qiymətləri azalır, Brent bir barelə $42,65 səviyyəsindədir

09:51 - 3.07.2020


3 iyul, Fineko/abc.az. Neft qiymətləri ötən gün yüksəldikdən sonra cümə günü ticarətdə aşağı düşür.

Saat 9:00-da London ICE Futures birjasında Brent-in sentyabr fyuçersi $0,49 (1,14%) – bir barelə $42,65-ə qədər düşüb. 2 iyul ticarətinin nəticələrinə görə Brent-in sentyabr ayına olan fyuçers qiyməti 1,11 (2,64%) – bir barelə 43,14 dollara yüksəldi.

Saat 9:00-da Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin avqust ayına olan fyuçersi $0,45 (1,11%) – bir barelə $40,20 qədər aşağı düşüb. İyulun 2-də hərracların nəticələrinə görə, avqust ayı üçün WTI müqavilələrinin dəyəri $0,83 (2,08%) artaraq barel başına $40,65-a çatıb.

Cümə günü NYMEX-də əsas ticarət ABŞ-da həftə sonları ilə əlaqədar baş tutmayacaq.

 

Bütün xəbərlər