Virusa yoluxmuş Nazarbayev sağaldı

10:12 - 3.07.2020


3 iyul, Fineko/abc.az. Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev koronavirusdan sağalıb.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, bunu Nazarbayevin mətbuat katibi Aydos Ukibay deyib.

Nazarbayevin bir müddət də özünü təcrid edəcəyi vurğulanıb.

Qeyd edək ki, Nazarbayev koronavirusa 18 iyunda yoluxmuşdu.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər