330x110
 

Bu ölkədə sosial şəbəkələr qadağan olundu

03.07.2020,10:30


3 iyul, Fineko/abc.az. Çin hökuməti dünya üzrə populyar olan bir sıra sosial platformaların ölkə ərazində fəaliyyətinə qadağa qoyub.

ABC.AZ xəbər verir ki, yeni qərarla Yutub, Vikipediya, Netfliks, Tumblr, İnstaqram, Reddit və Votsapın fəaliyyəti Çində dayandırılıb.

Bundan əlavə, Qərb media orqanları – BBC, “Nyu York Tayms”, “Blumberq”, “İndependent”, “Le Monde”, “Frans 24”, “Deyli moşın” və “Ekonomist”in yayımı da Çində məhdudlaşdırılıb.

Qeyd edək ki, Hindistan bundan öncə bir sıra Çin istehsalı sosial şəbəkələrə (Tik Tok, Wechat və s.) qadağa qoymuşdu. Hazırda Qərb ölkələrində Çindən yayılan sosial platformlar üzərində məhdudiyyətin tətbiq edilməsi müzakirə edilir.

Müəllif: Elmir Murad