330x110
 

Azərbaycanın cari əməliyyatlar hesabına 2 tsiklik təsir var – Vüsal Qasımlı

03.07.2020,10:39


3 iyul, Fineko/abc.az. Azərbaycanın cari Əməliyyatlar Balansı qlobal əmtəə bazarlarında yaranan şokun və pandemiyanın təsiri altında olsa da, bu ilin ilk rübündə müsbət saldonu qoruyub.

ABC.AZ-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

O qeyd edib ki, cari əməliyyatlar balansına fiskal siyasət orta müddətdə, monetar siyasət isə qısa müddətdə təsir göstərir. Onun sözlərinə görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Beynəlxalq Valyuta Fondunun Xarici Balansın Qiymətləndirilməsi (EBA-lite) metodologiyası əsasında Azərbaycanın cari əməliyyatlar hesabı təhlil edilib: 

“Azərbaycanın cari əməliyyatlar hesabına indiki halda iki tsiklik təsir var: biznes tsiklinin və neft qiymətləri tsiklinin təsiri. Hər iki tsikl enmə mərhələsində olduğundan cari əməliyyatlar hesabına mənfi təsir göstərir. Nəticədə bu ilin ilk rübündə cari əməliyyatlar hesabının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 2,5 dəfə azalaraq 646,3 milyon dollar təşkil edib. Bu enmə neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisitinin 19,2% azalması, qeyri-neft sektoru üzrə isə kəsirin 28,4% artması hesabına olub".