330x110
 

Azərbaycanda kiçik sığorta şirkətlərinin iş imkanları azalacaq – Reytinq agentliyindən bədbin proqnoz

03.07.2020,11:39


3 iyul, Fineko/abc.az. "Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın sığorta sektorunun artımının hökumət tərəfindən tənzimlənən tariflərdən asılı olduğunu bildirib.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, həyat sığortası ölkənin sığorta sektorunun kiçik bir hissəsini təşkil edir və iqtisadiyyata girişi ("insurance penetration rate") orta səviyyədə olması səbəbindən ortamüddətli böyümə potensialına malikdir.

Agentliyin məlumatında deyilir ki, Azərbaycanın sığorta sektorunun konsentrasiyası yüksək səviyyədədir və bu, sektorda az şirkətin olmasından və bir neçə şirkətin böyük bazar payına sahib olmasıdır. "Fitch" sektorda artan konsentrasiyanın və seqmentlərin daralmasının kiçik sığorta şirkətlərinin iş imkanlarının azalmasına və bazara girişinin məhdudlaşacağına gətirib çıxaracağını gözləyir.