Heyvandarlıq sahəsində yeni layihə - Məhsuldarlıq artırılacaq

12:29 - 3.07.2020


3 iyul, Fineko/abc.az. Azərbaycanda heyvandarlıq sahəsinin inkişaf etdirilməsi məqsədilə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu ilə Respublika Süni Mayalanma Mərkəzi yeni pilot layihəyə başlayıb. 

Bu barədə ABC.AZ-a Kənd Nazirliyindən bildirilib. Lahiyənin məqsədi heyvanların cins tərkibini saxlamaqla məhsuldarlığın artırılmasına nail olmaqdır. 

Respublika Süni Mayalanma Mərkəzindən bildirilib ki, əldə edilən toxumlar Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Yardımçı təcrübə təsərrüfatında yüksək məhsuldar cinslərin yetişdirilməsinə imkan verir.

Layihə çərçivəsində 30.06.2020-ci il tarixdə 42 kq ağırlıqda Şvis cinsindən buzov alınıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər