330x110
 

Qızdırması olanlar şirkətə buraxılmır - “ARB24” telekanalından açıqlama

03.07.2020,14:07


3 iyul, Fineko/abc.az. “ARB24” telekanalının dörd əməkdaşında koronavirus aşkarlanıb.

Telekanaldan ABC.AZ-a verilən məlumata görə, ilk testi pozitiv çıxan iki əməkdaşın karantin şəraitində bir həftə saxlanıldıqdan sonra verdiyi növbəti testin nəticəsi neqativ çıxıb və onlar artıq evə buraxılıblar.

Bir əməkdaş isə xəstəxana şəraitində həkim nəzarətində saxlanıldıqdan sonra evə buraxılıb, müalicəsi ev şəraitində davam etdirilir. Hazırda bir nəfərin müalicəsi xəstəxana şəraitində davam etdirilir. O, özünü yaxşı hiss edir, səhhətində ciddi ağırlaşma yoxdur. Qızdırması yüksək olanlar içəri buraxılmır, evə göndərilərək, qızdırma davamlı olduğu halda COVID-19 testi verməsi tələb olunur. Bundan başqa, sərt karantin rejiminin tətbiq olunmasından etibarən proqram siyasətində dəyişiklik edilib, əməkdaşlar iki qrupa bölünərək işləyirlər. Müvəqqəti olaraq, “ARB24” telekanalında daha məhdud efir yayımına keçilib, canlı yayım verilişlərin sayı azaldılıb.

Müəllif: Elmir Murad