Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub

19.01.2018,16:46


19 yanvar, Fineko/abc.az. Atışma nəticəsində  Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub.

Azərbaycanın Müdafiə Nazirliyinin  verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mənəfov İbrahim Möhsüm oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!

 

 

Açar sözlər: şəhid atəşkəs rejimi