Bu avtobusların karantin günlərində də işləyəcək – Siyahı

14:21 - 3.07.2020


3 iyul, Fineko/abc.az. Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırıldığından 6 iyul tarixindən M1, M2, M3, M4, M5, M6 və M7 ekspres xətlərinin fəaliyyəti bərpa olunur.

Bu barədə ABC.AZ-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki əvvəllər olduğu kimi saat 07:00-dan 20:00-dək müəyyən edilib. Gündəlik müntəzəm marşrut xətlərinin iş qrafiki isə dəyişməz olaraq qalır. Həm müntəzəm, həm də ekspres marşrut xətləri üzrə avtobuslararası intervallar sərnişin axınına uyğun tənzimlənəcək.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən 4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək, 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək, 18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər