Rusiya koronavirus dərmanının ixracına başladı – İlk bu ölkəyə satıb

14:33 - 3.07.2020


3 iyul, Fineko/abc.az. Artıq bir neçə gündür ki, Rusiya koronavirusun müalicəsi üçün nəzərdə tutulan "Avifavir" preparatının ixracına başlayıb.

ABC.AZ xəbər verir ki, sözügedən dərman preparatları ən birinci Belarusa ixrac olunub.

Qeyd edək ki, bundan əvvəl bu preparat Ebolanın müalicəsində də istifadə olunub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər