Avropa Parlamentinin binası qarət olundu – Kompüterlər oğurlandı

14:38 - 3.07.2020


3 iyul, Fineko/abc.az. Avropa Parlamentinin binasına oğrular girib.

ABC.AZ-ın məlumatına görə, oğrular COVİD-19 epidemiyası səbəbindən Brüsseldən kənarda olan ən azı 50 deputatun kompüterini oğurlayıb.

Alman millət vəkili Niko Semsrott məsələ ilə bağlı açıqlamasında bildirib ki, hadisə aprel ayında qeydə alınsıb. Qarət olayından uzun zaman keçsə də, Avropa Parlamenti bu olayı gizlətməyə çalışıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər