330x110
 

Bu qəsəbə turizm mərkəzinə çevrilir – 3 qurum əməkdaşlığa başladı

03.07.2020,14:46


3 iyul, Fineko/abc.az. Balaxanı qəsəbəsinin yeni turizm marşrutu kimi müəyyənləşdirilməsi və tuzim məkanına çevrilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Turizm Agentliyi və "Bakı Abadlıq Xidməti" MMC birgə əməkdaşlıq edəcək.

ABC.AZ xəbər verir ki, bu əməkdaşlıq çərçivəsində hər üç qurum Balaxanının yeni turizm məkanına çevrilməsi, turizm yönümlü sahibkarlığın təşviqi və yeni turizm obyektlərinin yaradılması, qəsəbənin daha da abadlaşdırılması istiqamətində səlahiyyətləri çərçivəsində səylərini birləşdirəcəklər.

Belə ki, Dövlət Turizm Agentliyi Balaxanının yeni turizm məkanı kimi tanıdılmasına, turizm marşrutuna salınmasına dəstək olacaq. KOBİA Balaxanıda turizm sahəsində yeni sahibkarlıq subyektlərinin, xüsusilə sənətkarlıq, xidmət və ticarət istiqamətlərində biznesin qurulmasını təşviq edəcək, bu sahədə biznes təşəbbüslərinin reallaşdırılmasına dəstək göstərəcək. “Bakı Abadlıq Xidməti” MMC isə Balaxanı qəsəbəsində həyata keçirilən abadlıq tədbirlərini daha da genişləndirəcək.

Müəllif: Elmir Murad