SOCAR İndoneziyanı 25,1 milyon ton neftlə təchiz edib – 15 ildə

15:16 - 3.07.2020


3 iyul, Fineko/abc.az. 2007-2019-cu illər ərzində SOCAR tərəfindən İndoneziya istiqamətində ümumilikdə 25,1 milyon ton neft təchiz edilib.

Bu barədə ABC.AZ-a Energetika Nazirliyindən bildirilib.

Qeyd edək ki, nazirlikdə SOCAR-la İndoneziyanın “Pertamina” şirkəti arasında investisiya və neft-qaz yataqlarının inkişafı üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

 

Bütün xəbərlər