Yalnız Bakıdakı polikilinikalar test analizləri aparır – Açıqlama

16:23 - 3.07.2020


3 iyul, Fineko/abc.az. COVİD-19-dan şübhəli olan xəstələrin test analizlərinin götürülməsi üçün 103 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə deyil, poliklinikalara müraciət etməsi məsələsi yalnız Bakıya aiddir.

ABC.AZ-ın məlumatına görə, bunu COVİD-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) yardım etmək üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupun üzvü Nabil Seyidov deyib.

Onun sözlərinə görə, bütün ölkədə COVİD-19-a şübhəli olan xəstələrin test analizlərinin götürülməsi üçün poliklinikalara müraciət etməsinə ehtiyac yoxdur. "Hazırda yalnız Bakı şəhərində poliklinikalar tərəfindən testlər aparılır" deyə o qeyd edib.

N.Seyidovun sözlərinə görə, bölgələrdə mərkəzləşdirilmiş regional laboratoriyalar var. 103 tərəfindən və ya COVİD-19 üçün ayrılan xəstəxanalarda götürülən bütün analizlər həmin laboratoriyalara göndərilir və orada yoxlanılır.

 

Bütün xəbərlər