Zaqatalada 515 nəfər işlə təmin olunub – 6 ayda

16:33 - 3.07.2020


03 iyul, Fineko/abc.az. Bu ilin 6 ayında Zaqatala Rayon Məşğulluq Mərkəzi vasitəsilə 515 nəfər işə düzəlib. Onların 223 nəfəri qadındır.

Bu barədə ABC.AZ-a rayon Məşğulluq Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bununla yanaşı Zaqatala rayonunda 67 nəfər “Öz biznesinə başla və təkmilləşdir” layihəsi çərçivəsində keçirilən təlimlərə cəlb olunub. Sözügedən dövrdə bundan əlavə, 32 nəfər peşə hazırlığı kursuna cəlb edilib.

 

Bütün xəbərlər