330x110
 

Azərbaycanda COVİD 19-a ən çox qadınlar yoluxub - Açıqlama

03.07.2020,17:43


3 iyul, Fineko/abc.az. Virus nə qədər çox insana yoluxarsa, o qədər çox mutasiya edir: “Getdikcə daha da ağırlaşa bilir. ABC.AZ-ın məlumatına görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərərgahın brifinqində deyib. O qeyd edib ki, xəstəliyi ailələr şəklində ağır keçirənlər də var: "Bir çox dünya ölkəsinin əksinə olaraq, Azərbaycanda qadınlar arasında yoluxma daha çoxdur. Bu da yas yerlərinə görədir. Elə yas yeri var ki, orada 84 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb”. Müəllif: Elmir Murad